Ermənistan “məzarlığı” təmizləyir?| Nüvə tullantılarını Gürcüstan vasitəsilə daşımaq təhlükəlidir

2019/04/15896-1555751840.jpg
Oxunub: 28675     16:47     20 Aprel 2019    
“Ermənistanda nüvə tullantılarının ölkə ərazisindən nəqli ehtimalı ilə əlaqədar Gürcüstanda baş verən çaxnaşmaya pessimist yanaşılır. Nüvə tullantıların daşınması beynəlxalq səviyyədə tətbiq olunan, təmamilə təhlükəsiz bir prosesdir”.

Ordu.az xəbər verir ki, bu barədə "Hayatom" İnstitutunun direktoru Vahram Petrosyan “Sputnik Armenia”ya açıqlamasında bildirib.

Daha öncə Ermənistan Enerji Nazirliyinin Kredit və Qrant Layihələri İdarəsinin rəisi Vardan Martirosyan bildirib ki, erməni tərəfi işlənmiş nüvə yanacağının tranzitlə Rusiyaya daşınmasına dair Gürcüstanla danışıqlar aparmaq niyyətindədir.

Bununla yanaşı, Gürcüstanda ekoloqlar artıq narahatdırlar. Ətraf mühitin qorunması üzrə mütəxəssislərdən biri Nino Çxobadze, Gürcüstan KİV-lərinə verdiyi müsahibəsində bildirib ki, nüvə tullantılarının Gürcüstan ərazisindən nəqli, yolların keyfiyyətinə və narahatlığına görə təhlükəlidir. Ermənistanda isə bu fikirlə razılaşmırlar.

“Daşınma təmamilə təhlükəsizdir. Hətta az ehtimal edilən fövqəladə hallarda belə dözümlü olan xüsusi konteynerlər mövcuddur”, - deyə Petrosyan bildirib.

O əlavə edib ki, nüvə tullantılarını təyyarə ilə daşınması münasib olmadığından, dəmir yolları ilə daşıyırlar.

Petrosyan sözlərinə görə, əgər Gürcüstan tərəfi icazə verərsə, dəmiryolu marşrutu ilə İrəvan-Poti marşrutu üzrə, ordan bərə yolu ilə Poti-Novosibirsk, daha sonra dəmir yolu ilə Urala daşınacaq.

Ətraf mühitin qorunması üzrə mütəxəssis Karine Danielyan isə müəyyən mənada gürcü həmkarlarının narahatlığını başa düşdüyünü qeyd edib: “Daşınma halında bəzi təhlükələr var. Keçmişdə onlar Azərbaycan ərazisindən nəql edilmişdi, lakin 1990-cı illərin əvvəlindən bu yol bizə bağlanıb. Sovet dövründə aşağı və orta səviyyədə radioaktiv tullantılar yığılıb, yanmış nüvə yanacağı isə Rusiyaya nəql edilib”.

Ermənistanda tullantıların indiki məqamda neytrallaşdırılması mümkün deyil, belə ki, onları aradan çıxartmaq daha məqsədəuyğundur. Danielyan bildirib ki, daşınma zamanı əsas təhlükə fövqəladə halın baş verməsidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin